ABŞ İraq ərazisində fəaliyyət göstərən İranyönlü "Kətaib Səyid əş-Şühəda" silahlı qruplaşmasının lideri haqqında məlumata görə 10 milyon dollaradək mükafat elan edib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin "Rewards for Justice" (Ədalət naminə mükafat) proqramının "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Söhbət Amerika tərəfinin regiondakı ABŞ obyektlərinə qarşı hücumların təşkilində əlaqəli bildiyi Haşim Finyan Rəhim əs-Saracidən gedir.
Vaşinqtonun məlumatına görə, qruplaşma üzvləri ABŞ-ın İraqdakı diplomatik nümayəndəliklərinə, həmçinin İraq və Suriyadakı hərbi bazalarına və hərbi qulluqçularına qarşı hücumlarda iştirak ediblər.
Dövlət Departamenti diplomatik obyektlərə və mülki şəxslərə qarşı növbəti hücumların qarşısını almağa kömək edə biləcək hər hansı məlumatın ötürülməsi ilə bağlı çağırış edib.
Musavat.com