İran tərəfindən dəstəklənən İraqın “Kətaib Seyid əş-Şuhəda” qruplaşmasının lideri Haşim Finyan Rahim əl-Saraci haqqında məlumat verən şəxsə 10 milyon dollar mükafat veriləcək.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bəyanatda qeyd edilir ki, sözügedən qruplaşma İraqda mülki şəxslərin öldürülməsi, ABŞ diplomatik obyektlərinə hücumlar, həmçinin İraq və Suriyadakı ABŞ hərbi bazaları və personalının hədəfə alınması kimi fəaliyyətlərdə ittiham olunur.
Əl-Saraci İraq parlamentində təsirli şiə siyasi alyansı olan Koordinasiya Çərçivəsinin tərkibində də yer alır.