AZ

"Şamaxı" "Kəpəz"i məğlub etdi - VİDEO

Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki,  günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edib.
 

Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0. 68-ci dəqiqədə Rikardo Apolinario, 75-ci dəqiqədə Andrey Tirkoveanu fərqlənib.


Qələbə sayəsində xallarının sayını 35-ə çatdıran "Şamaxı" 8-ci pillədə qərarlaşıb. "Kəpəz" 21 xalla 10-cudur.

Günün ikinci matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.

Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.


Bizim.Media

Seçilən
23
7
bizim.media

8Mənbələr