AZ

“Şamaxı” evdə “Kəpəz”i məğlub etdi

Misli Premyer Liqasında XXIX turun növbəti oyun günü çərçivəsində daha bir qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, günün ilk matçında “Şamaxı” öz meydanında “Kəpəz”i qəbul edib. Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb – 2:0.

Oyunda hesab 68-ci dəqiqədə Rikardo Apolinario-nun dəqiq zərbəsi ilə açılıb. Qarşılaşmada son nöqtəni isə 75-ci dəqiqədə Andrey Tirkoveanu qoyub.

Bu qələbə sayəsində xallarını 35-ə çatdıran “Şamaxı” turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. “Kəpəz” isə 21 xalla 10-cu yerdə qalıb.

Turun ikinci oyununda “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək.

Ötən gün “Sumqayıt” “İmişli”ni iki cavabsız qolla məğlub edib. “Qəbələ” – “Araz-Naxçıvan” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 1:1.

Seçilən
21
7
90deqiqe.az

8Mənbələr