AZ

"Şamaxı" "Kəpəz"i məğlub etdi

Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.


Manset.az xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edib.

Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0.

68-ci dəqiqədə Rikardo Apolinario, 75-ci dəqiqədə Andrey Tirkoveanu fərqlənib.

Qələbə sayəsində xallarının sayını 35-ə çatdıran "Şamaxı" 8-ci pillədə qərarlaşıb. "Kəpəz" 21 xalla onuncudur.

Günün ikinci matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.

Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.


Seçilən
0
7
manset.az

8Mənbələr