AZ

“Hədəfim qızıl medal idi”

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Avropa çempionatındakı çıxışını dəyərləndirib.

NOCOMMENT.az xəbər verir ki, Tiranada keçirilən yarışda gümüş medal qazanan idmançı nəticədən tam razı qalmadığını bildirib.

“Beş ildən sonra yenidən Avropa çempionatında finala yüksəldim. Hədəfim qızıl medal idi, amma minimal fərqlə məğlub oldum. Ümid edirəm ki, gələcəkdə üzərimdə daha çox işləyərək növbəti dünya çempionatında qızıl medal qazanacağam”, – deyə Bayramov qeyd edib.

O, həmçinin milli komandanın gücündən danışıb:

“Millimiz çox güclüdür. Təmsilçilərimizin hər birinin reytinqdə ilk dördlükdə olması komandamızın səviyyəsini göstərir. Bunun əsas səbəbi yarışlara ciddi hazırlaşmağımızdır”, – deyə o vurğulayıb./idman.biz/

Seçilən
13
2
nocomment.az

10Mənbələr