AZ

Azərbaycan İdman Akademiyasında elmi praktik konfrans keçirilib FOTO

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan İdman Akademiyasında (ASA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “İdman Analitikası və Süni İntellekt: Elmi İnteqrasiya” adlı tələbə və gənc tədqiqatçıların dördüncü elmi-praktik konfransı keçirilib.

İdman.Biz xəbər verir ki, tədbirdə çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev təqdim olunan məruzələrin aktuallığını qeyd edərək, gənclərin elmi fəaliyyətə artan marağını müsbət qiymətləndirib. ASA-nın rektoru gənc tədqiqatçıların elmi təşəbbüslərinin bundan sonra da dəstəklənəcəyini diqqətə çatdıraraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfrans çərçivəsində dörd doktorant, 36 magistrant və 29 bakalavr olmaqla ümumilikdə 69 nəfər məruzə ilə çıxış edib.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
7
icma.az

8Mənbələr