Azərbaycan İdman Akademiyasında (ASA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan "İdman Analitikası və Süni İntellekt: Elmi İnteqrasiya" adlı tələbə və gənc tədqiqatçıların IV elmi-praktik konfransı keçirilib.
Aznews.az xəbər verir ki, Bu barədə ASA-dan məlumat verilib.
Konfransda çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev təqdim olunan məruzələrin aktuallığını qeyd edərək, gənclərin elmi fəaliyyətə artan marağını müsbət qiymətləndirib. ASA-nın rektoru gənc tədqiqatçıların elmi təşəbbüslərinin bundan sonra da dəstəklənəcəyini diqqətə çatdıraraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfrans çərçivəsində 4 doktorant, 36 magistrant və 29 bakalavr olmaqla ümumilikdə 69 nəfər məruzə ilə çıxış edib.
Sonda konfransda məruzə ilə çıxış edən iştirakçılara sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.