AZ

"Elmi İnteqrasiya" adlı tələbə və gənc tədqiqatçıların IV elmi-praktik konfransı keçirilib

Azərbaycan İdman Akademiyasında (ASA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan "İdman Analitikası və Süni İntellekt: Elmi İnteqrasiya" adlı tələbə və gənc tədqiqatçıların IV elmi-praktik konfransı keçirilib.

Fanat.Az xəbər verir ki, bu barədə ASA məlumat yayıb.

Konfransda çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev təqdim olunan məruzələrin aktuallığını qeyd edərək, gənclərin elmi fəaliyyətə artan marağını müsbət qiymətləndirib. ASA-nın rektoru gənc tədqiqatçıların elmi təşəbbüslərinin bundan sonra da dəstəklənəcəyini diqqətə çatdıraraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfrans çərçivəsində 4 doktorant, 36 magistrant və 29 bakalavr olmaqla ümumilikdə 69 nəfər məruzə ilə çıxış edib.

Sonda konfransda məruzə ilə çıxış edən iştirakçılara sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

Seçilən
34
7
fanat.az

8Mənbələr