AZ

Ərdoğan ilə Əli Zeydi arasında telefon danışığı olub

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın Baş naziri vəzifəsinə namizəd Məhəmməd Əli Zeydi arasında telefon danışığı olub.Demokrat.az “TRT Haber”ə istinadlə xəbər verir ki, Prezident Ərdoğan Zeydini Baş nazirliyə namizədliyi münasibətilə təbrik edib və onun İraqda tezliklə hərtərəfli, balanslı və sabit bir hökumət quracağına inandığını bildirib.Prezident Ərdoğan Türkiyənin İraqla strateji və institusional əsasda sıx əməkdaşlığa ciddi təkan verdiyini və yeni dövrdə bunu daha da inkişaf etdirməyi hədəflədiyini deyib.Türkiyə Prezidenti, həmçinin İnkişaf Yolu Layihəsi, terrorizmlə mübarizə, müdafiə sənayesi, enerji və nəqliyyat da daxil olmaqla bir çox vacib sahələrdə münasibətləri inkişaf etdirməkdə qərarlı olduqlarını söyləyib.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
33
demokrat.az

10Mənbələr