“Santos” klubunda Neymar və sabiq futbolçu Robinyonun oğlu Robson arasında baş verən insidentlə bağlı yeni hüquqi addım atılıb.
Publika.az xəbər verir ki, Robson klub rəhbərliyinə rəsmi şikayət təqdim edib.
Hadisə 3 mayda, əsas heyətə düşməyən futbolçular üçün keçirilən məşq zamanı baş verib. Bildirilir ki, Neymar 18 yaşlı futbolçunun ona qarşı driblinq etməsindən narazı qalıb və bunu hörmətsizlik kimi qiymətləndirib. Daha sonra tərəflər arasında mübahisə yaranıb və vəziyyət gərginləşib. İddialara görə, Neymar gənc oyunçunun üzünə zərbə endirib, daha sonra isə Robinyonu badalaqla yerə yıxıb.
“Globo”nun məlumatına əsasən, Robson Neymar barəsində üç ayrı ittiham irəli sürüb və klubla görüş tələb edib. O, klubda minimal təhlükəsizlik şəraitinin olmaması səbəbilə müqavilənin ləğvini də gündəmə gətirir.
Robinyonun oğlunun sözlərinə görə, Neymar təhqiramiz sözlər deyib, onu büdrədib və üzünə sərt zərbələr endirib.