“Midlsbro” klubu Çempionşipin pley-off yarımfinal oyunu öncəsi “Sauthempton”un birinci komandasının analitiklərindən birinin məşqi gizli şəkildə lentə aldığı iddiası ilə İngiltərə Futbol Liqasına (EFL) şikayət edib.
Publika.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, hadisə martın 7-si səhər saatlarında “Rokliff Park” stadionunda baş verib.
Bildirilir ki, “Sauthempton”da işlədiyi ehtimal olunan bir şəxs “qırımızılar”ın məşq bazasının yaxınlığındakı kolluqlarda gizlənərkən görülüb. O, smartfon kamerası vasitəsilə məşqi videoya çəkirmiş.
Klub əməkdaşları həmin şəxsə yaxınlaşıb və o, telefonundakı video və fotoları silib. Bununla belə, özünü təqdim etməkdən imtina edib.
Daha sonra həmin şəxs məşq bazasının ərazisini tərk edərək yaxınlıqdakı “Rokliff Holl” hotelinə daxil olub. İddialara görə, ainsidenti törədən şəxsi “Sauthempton”un məşqçi heyəti ilə əlaqələndirilir.