Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.
İspaniya mediasında "Real Madrid" düşərgəsində gərginlik iddiaları yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, jurnalist Fransua Qalyardo komandanın aparıcı oyunçuları Kilian Mbappe və Vinisius Junior arasında münasibətlərin korlandığını iddia edib. Bildirilir ki, fransalı hücumçu komanda daxilində, o cümlədən Vinisius tərəfindən dəstək görmədiyini düşünür.
Məlumatda qeyd olunur ki, Mbappenin anası Fayza Lamari yay aylarında klub prezidenti Florentino Peres qarşısında sərt mövqe ortaya qoya bilər. İddialara görə, futbolçunun ətrafı rəhbərlik qarşısında seçim qoymağı planlaşdırır - ya Vinisius komandadan ayrılacaq, ya da Mbappe başqa klub axtaracaq.
Bununla belə, yayılan məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib. Klub rəhbərliyi və ya futbolçuların nümayəndələri məsələ ilə bağlı açıqlama verməyiblər.
Qeyd edək ki, daha əvvəl də "El Klasiko" öncəsi Mbappenin İtaliyaya səfərinin komanda daxilində narazılıq yaratdığı barədə xəbərlər yayılmışdı.
Hüseyn
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.