AZ

"Real"da gərginlik: Mbappe ilə texniki heyət arasında mübahisə

"Real Madrid" klubunun ulduz futbolçusu Kilian Mbappe məşq sessiyası zamanı Alvaro Arbeloanın texniki heyətinin üzvlərindən biri ilə kəskin mübahisə yaşayıb.

Məşq meydançasındakı gərginlik oyun epizodlarının birində verilən qərardan sonra başlayıb.

Mübahisənin yan xətt hakimi funksiyasını yerinə yetirən heyət üzvünün ofsayd qərarı verməsindən sonra yarandığı bildirilir.

Mbappenin verilən bu qərara qarşı həmin şəxsə qəzəbli şəkildə reaksiya verdiyi qeyd olunur.

Baş verən insidentə görə futbolçuya qarşı hər hansı bir cəza tədbirinin görülməsi nəzərdə tutulmur.

Bu hadisə son vaxtlar "Real Madrid" düşərgəsində artan daxili gərginliyin daha bir göstəricisi kimi qiymətləndirilir. (Offsideplus.az)

Seçilən
11
17
musavat.com

10Mənbələr