AZ

Mbappe ətrafında gərginlik artır Azarkeşlərin tənqidinə yaxın çevrələrdən CAVAB

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Real Madrid klubunun fransız futbolçusu Kilian Mbappeyə yaxın olan şəxslər onun komanda yoldaşları və azarkeşlər tərəfindən ünvanlanan tənqidləri pisləyiblər.

Redaktor.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, "El Mundo" daha əvvəl “Real Madrid” futbolçularının Mbappenin zədədən sonra Parisə getməsindən narazı qaldığını yazıb. Həmçinin azarkeşlərin onun komandadan ayrılması tələbi ilə petisiya başlatdığı və bir saat ərzində 70 mindən çox imza toplandığı bildirilir.

Mbappeyə yaxın mənbələr isə tənqidlərin onun zədədən sağalma prosesi ilə bağlı yanlış şərhlərə əsaslandığını və futbolçunun gündəlik komanda işinin nəzərə alınmadığını qeyd ediblər.

Qeyd olunur ki, 27 yaşlı hücumçu 2024-cü ildən Real Madriddə çıxış edir və son mövsümdə yüksək nəticələrlə yadda qalıb. O, həmçinin klub və milli səviyyədə bir sıra titullar qazanıb.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
31
redaktor.az

10Mənbələr