AZ

Bayern in fəxri prezidenti: Bu məqam məni cavab görüşü ərəfəsində nikbinləşdirir

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabah UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda 4:5 hesabı ilə uduzduğu PSJ-ni qəbul edəcək "Bayern Münhen"in fəxri prezidenti Uli Hönes "Arena Münhen"də baş tutacaq görüş ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Bayern & Germany" belə çatdırıb:

"Bayern" tərəfdarını neytral azarkeşdən fərqləndirmək lazımdır. "Bayern" fanatı belə düşünür: "Vau, bu sayda qol buraxmışıq. Öhdəsindən gələ biləcəyikmi?" Seulda, Nyu-Yorkda və ya Milanda yaşayan futbolsevər isə düşünür: "Burada nə baş verir?"

Hə, Parisdəki oyun futbol adına böyük reklam idi. Əlbəttə, səfər matçından sonra gərgin idim. Amma bizim uşaqlar əvvəllər də oxşar vəziyyətlərdən çıxa biliblər. Məncə, rəqibin heyətindəki qıcolma və zədələri də nəzərə alsaq, Parisdəki oyun 10 dəqiqə də davam etsəydi, daha artığına nail olardıq. Bu məqam məni cavab görüşü ərəfəsində nikbinləşdirir".

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
11
fanat.az

10Mənbələr