“Bayern”in idman direktoru Kristof Freund Tornike Kvaratsxeliyanın klubda keçirilən sınaqda iştirak etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Bayern & Germany” nəşri məlumat yayıb.
Tbilisi “Dinamo”sunun 16 yaşlı hücumçusu Almaniyaya səfər edərək “Bavariya” rəhbərliyi ilə görüşüb.
“Onun bizi ziyarət etdiyini təsdiqləyə bilərəm. O, sınaq oyununda iştirak edib və komanda ilə məşq edib. O, istedadlı gənc oyunçudur. Görək bundan sonra nə olacaq”, – deyə Freundun bildirib.