AZ

Hörmüz boğazında ticarət gəmisinə hücum olub

Hörmüz boğazında ticarət gəmisinə hücum olub.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

"UKMTO Hörmüz boğazında baş verən hadisə barədə məlumat alıb. Təsdiqlənmiş mənbə ticarət gəmisinin naməlum mərmi ilə vurulduğunu bildirib", - məlumatda deyilir.

Hücuma məruz qalan gəminin adı və ya hücuma məruz qaldığı yerin dəqiq koordinatları da daxil olmaqla, hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Seçilən
1
23
apa.az

9Mənbələr