“Real Madrid” düşərgəsində Kilian Mbappe ilə bağlı gərgiyin artdığı iddia olunur. Metbuat.az xəbər verir ki, hadisə “Betis”lə oyun öncəsi məşq zamanı baş verib. Bildirilir ki, Kilian Mbappenin ofsaydda olduğunu qeyd edən məşqçi heyətinin üzvü futbolçunun sərt reaksiyası ilə qarşılaşıb.“The Athletic” nəşrinin yaydığı məlumata görə, bundan sonra fransalı hücumçunun klub daxilində başqa narazılıqları da üzə çıxıb. İddialara əsasən, Mbappe rəhbərlikdən Vinisius Juniorun satılmasını istəyib. Jurnalist Fransua Qalyardonun sözlərinə görə, futbolçunun anası Fayza Lamari da bu məsələ ilə bağlı klub prezidenti Florentino Peresə müraciət edib.Bildirilir ki, Vinisiusun komandada qalacağı halda Mbappe klubdan gedəcəyini irəli sürüb.