AZ

İran ABŞ-nin təklifinə rəsmi cavab verməyib - KİV

İran rəhbərliyi ABŞ-nin müharibəni dayandırmaq üçün təqdim etdiyi 14 maddəlik yeni sülh təklifinə hələ rəsmi cavabını təqdim etməyib.

“Qafqazinfo” İranın “Tasnim” agentliyinə istinadən xəbər verir ki, Tehran ABŞ mediasında, xüsusilə “Axios” nəşrində yayılan “tərəflər razılığa yaxındır” iddialarını təkzib edib.

Məlumatlı mənbə bildirib ki, Amerikanın son təklifi İran üçün “qəbuledilməz” bir neçə bəndi ehtiva edir və hazırda bu sənəd üzərində təhlillər davam edir.

Mənbənin sözlərinə görə, ABŞ mediasında yayılan xəbərlər, əslində, Prezident Donald Trampın Hörmüz boğazı ilə bağlı uğursuz planından geri çəkilməsinə bəraət qazandırmaq məqsədi daşıyır:

“İran Pakistan vasitəsilə ABŞ-yə 14 maddədən ibarət məntiqli təkliflər paketi göndərmişdi. Amerikalılar buna cavab olaraq öz layihələrini təqdim etdilər. Lakin İran bu sənədi nəzərdən keçirərkən Vaşinqtonun yenidən qeyri-düşünülmüş addımlar atması prosesi ləngitdi”.

İranın digər rəsmi agentliyi ISNA da “Axios”un məlumatlarını “informasiya manipulyasiyası” adlandırıb. Agentlik vurğulayıb ki, hazırkı danışıqların əsas və yeganə hədəfi müharibənin başa çatdırılmasıdır. “Axios”un iddia etdiyi kimi, nüvə proqramı bu mərhələdə danışıqların predmeti deyil və müzakirə olunmur.

Xatırladaq ki, bundan öncə ABŞ mediası tərəflərin müharibənin dayandırılması və nüvə müzakirələrinin çərçivəsini müəyyən edən bir səhifəlik memorandum imzalamağa yaxın olduğunu iddia etmişdi.

"Cebheinfo.az" 

Seçilən
12
50
cebheinfo.az

10Mənbələr