AZ

İran şərtləri qəbul etsə, əməliyyatlar dayandırılacaq -

ABŞ Prezidenti Donald Tramp İranın şərtləri qəbul edəcəyi halda əməliyyatının dayandırılacağını açıqlayıb.Metbuat.az xəbər verir ki, Tramp bildirib: əgər Tehran razılaşmaya razı olarsa, əməliyyat başa çatacaq və Hörmüz boğazı bütün tərəflər üçün açıq olacaq. O, əks halda bombardmanların daha intensiv şəkildə yenidən başlayacağını vurğulayıb. Qeyd edək ki, ABŞ mediasında Tehran və Vaşinqtonun razılığa yaxın olması ilə bağlı iddia irəli sürülüb. "Axios" nəşri yazır ki, ABŞ İranla bir səhifəlik anlaşma memorandumu imzalamağa yaxındır. ABŞ rəsmilərinin sözlərinə görə, tərəflər arasında hələ yekun razılıq əldə olunmayıb. Bununla belə, hazırkı vəziyyət danışıqların başlanğıcından bəri ən yaxın razılaşma mərhələsi kimi qiymətləndirilir.


Seçilən
15
50
metbuat.az

10Mənbələr