AZ

Ağstafada 9 May Qələbə günü münasibəti ilə tədbir keçirilib

ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

08 may 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatında faşizm üzərində tarixi Qələbənin 81-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, 81 ildir ki, 9 may - faşizm üzərində Qələbə günü hər il qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu qələbə naminə canlarından-qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur.

Daha sonra çıxış edən natiqlər – Ağstafa şəhər 1 №-li tam orta ümumtəhsil məktəbin hərbi rəhbəri Arif Muradov, YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev, I Qarabağ müharibəsi iştirakçısı Alı Mansırov və Vətən müharibəsi iştirakçısı Uday Mustafazadə bildiriblər ki, Böyük Vətən müharibəsində Qələbənin əldə olunmasında ön və arxa cəbhələrdə fəal iştirak edən azərbaycanlılarda Vətənə məhəbbət, milli təəssüb, həmrəylik hissi həmişə güclü olub. Azərbaycan xalqı daim qəhrəmanlığı, şücaəti, Vətənə məhəbbəti ilə diqqətdədir. Dünya bunun bir daha 44 günlük İkinci Qarabağ müharibəsində şahidi oldu. Otuz il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Çoxəsrlik tariximizə yazılan Zəfər səhifəsi Azərbaycanın malik olduğu imkanların, bir qarış torpağımızı belə düşmənə verməyəcəyimizi təsdiqlədi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
30
yeniazerbaycan.com

10Mənbələr