ABŞ prezidenti Donald Tramp 8 may 2026-cı il tarixinin ölkədə İkinci Dünya Müharibəsində Qələbə Günü kimi qeyd olunması barədə bəyanat yayıb.
Musavat.com xəbər verir ki, Ağ Ev tərəfindən yayımlanan rəsmi sənəddə bu tarixin azadlıq tarixindəki müstəsna rolu vurğulanıb.
Prezidentin bəyanatında deyilir: "İkinci Dünya Müharibəsində Qələbə Günündə biz Amerikanın silahlı qüvvələrimizin və müttəfiqlərimizin gücü sayəsində Avropadakı tiranlıq və şərin üzərində qazandığı möhtəşəm zəfəri qeyd edirik. 8 may 1945-ci ildə nasist Almaniyasının dəmir pəncəsi çökdü və qələbə xəbəri böyük ölkəmizə və bütün dünyaya yayıldı. Bu, azadlıq tarixində həlledici dönüş nöqtəsi oldu".
Sənəddə həmçinin qeyd olunur ki, bu zəfər gələcək nəsillər üçün demokratiya və sülhün qorunmasında mühüm bir irs rolunu oynayır,
Musavat.com