AZ

NATO baş katibinin xüsusi nümayəndəsi yaxın vaxtlarda Azərbaycana səfər edəcək

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Report"un Avropa bürosuna NATO-nun rəsmi nümayəndəsi məlumat verib.

Hazırda Hamilton vəzifəyə təyin olunduqdan sonra regiona ikinci səfəri çərçivəsində Gürcüstandadır. Dördpendirli pizza

Daha əvvəl, aprel ayında o, Ermənistana səfər edib.

NATO-dan bildirilib ki, Hamiltonun səyləri Şimali Atlantika blokunun təşkilatda "strateji əhəmiyyətli region" adlandırılan Cənubi Qafqaz ölkələri ilə dialoq və əməkdaşlığının möhkəmləndirilməsinə yönəlib.


Telegram kanalımız
Seçilən
12
10
yenisabah.az

10Mənbələr