Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton yaxın vaxtlarda Azərbaycana səfər edəcək.
Axar.az xəbər veir ki, bu barədə Report-a NATO-nun rəsmi nümayəndəsi məlumat verib.
Hazırda Hamilton vəzifəyə təyin olunduqdan sonra regiona ikinci səfəri çərçivəsində Gürcüstandadır.
Daha əvvəl, aprel ayında o, Ermənistana səfər edib.
NATO-dan bildirilib ki, Hamiltonun səyləri Şimali Atlantika blokunun təşkilatda "strateji əhəmiyyətli region" adlandırılan Cənubi Qafqaz ölkələri ilə dialoq və əməkdaşlığının möhkəmləndirilməsinə yönəlib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.