AZ

Kevin Hamilton Azərbaycana səfər edəcək

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bu barədə NATO-nun rəsmi nümayəndəsi məlumat verib.

Hazırda Hamilton vəzifəyə təyin olunduqdan sonra regiona ikinci səfəri çərçivəsində Gürcüstandadır.

Daha əvvəl, aprel ayında o, Ermənistana səfər edib.

NATO-dan bildirilib ki, Hamiltonun səyləri Şimali Atlantika blokunun təşkilatda "strateji əhəmiyyətli region" adlandırılan Cənubi Qafqaz ölkələri ilə dialoq və əməkdaşlığının möhkəmləndirilməsinə yönəlib.

Bizim.Media

Seçilən
12
10
bizim.media

10Mənbələr