Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ-ın Luiziana ştatının Şalmett şəhərində yerləşən neft emalı zavodunda güclü partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə Foks” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, partlayış “PBF Chalmette” neft emalı zavodunda baş verib. Hadisə şahidləri sosial şəbəkələrdə müəssisədən bir neçə kilometr uzaqdan görünən qalın qara tüstü və alovun görüntülərini paylaşıblar.
Qeyd olunub ki, yanğın söndürülüb. Xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.