ABŞ-da dəhşətli yanğın olub.
Publika.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb. Nəşrin məlumatına görə, Tennessi ştatında yerləşən məşhur plastikin təkrar emal müəssisəsində güclü yanğın baş verib.
Qeyd edilib ki, kilometrlərlə uzaqdan müşahidə edilə bilən yanğın "Sigma Plastics Group" şirkətinin bir hissəsi olan "Sigma Renew 360"da baş verib. Yanğının səbəbi hazırda araşdırılır. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.
Müəllif: Tural