Bakıda Hüseyn Cavid prospektində fərdi yaşayış mənzili yanıb.
Publika.az xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb.
Mənzildə olan 2 nəfərdən 1-i 4-cü dərəcəli yanıq xəsarəti alıb. Həmin şəxsə yerində tibbi yardım göstərilib və xəstəxanaya aparılıb. Yanğın nəticəsində ev yararsız vəziyyətə düşüb. FHN-in yanğınsöndürmə xidməti hadisə yerinə cəlb edilib.