AZ

Bakıda mənzildə yanğın baş verib

Bakının Hüseyn Cavid prospektində mənzildə yağın baş verib.

Azreform.info "Report"a istinadla xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Hadisə şahidlərinin sözlərinə görə, evdə iki nəfər olub, xəsarət alan bir nəfərə yerində tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.

Yanğın nəticəsində ev yararsız vəziyyətə düşüb. FHN-in yanğınsöndürmə xidməti hadisə yerinə cəlb edilib.

FHN-dən verilən məlumata görə, yanğının qarşısı alınıb.

Seçilən
1
6
azreform.info

10Mənbələr