Bakının Hüseyn Cavid prospektində mənzildə yağın baş verib.
"Far.Az"un məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.
Hadisə şahidlərinin sözlərinə görə, evdə iki nəfər olub, xəsarət alan bir nəfərə yerində tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.
Yanğın nəticəsində ev yararsız vəziyyətə düşüb. FHN-in yanğınsöndürmə xidməti hadisə yerinə cəlb edilib.
FHN-dən verilən məlumata görə, yanğının qarşısı alınıb.