AZ

Demçenko futbolçularını tənqid etdi – ARENA.AZ

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 31-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 1:2.

Andrey Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün oyunumuz pis alınmadı. Qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Biz bunlardan istifadə edə bilmədik və məğlub olduq. Səhvlərimizdən yararlandılar. İkinci hissədə oyunumuzu düzəltdik, qol vurduq və nəzarəti ələ ala bildik. Matçda qalib gəlmək üçün ölməlisən. Qələbə qazanmaq üçün bütün futbolçular oyuna can qoymalıdırlar. Ancaq bizdə bunu bəzi futbolçular etmirdilər. Futbolda qələbə istəyirsənsə, bunu hamı istəməlidir. Kimsə aldatmağa çalışırsa, bunun əziyyətini komanda çəkir. Bəzi oyunçulara görə digərləri əziyyət çəkdilər”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
18
5
arena.az

10Mənbələr