ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.
İran Futbol Federasiyası milli komandanın 2026-cı il dünya çempionatında iştirak edəcəyini rəsmən açıqlyıb.
Fanat.Az xəbər verir ki, bununla belə, turnirin ev sahibi ölkələri - ABŞ, Kanada və Meksika qarşısında bir sıra şərtlər irəli sürülüb.
İran federasiyası verdiyi açıqlamada komandanın mundialda prinsiplərindən və inanclarından irəli gələn istəklə - güzəştə getmədən yarışacağını vurğulayıb. Həmçinin qeyd edib ki, heç bir xarici amil İranın turnirdə iştirakına mane olmayacaq və komanda idman prinsiplərinə əməl edərək bu turnirə vəsiqə qazanıb.
Federasiya rəhbəri Mehdi Tac bildirib ki, Tehran təşkilatçılara on tələb göndərib. Əsas tələblərə nümayəndə heyəti üçün maneəsiz viza verilməsi, oyunçulara və komanda rəsmilərinə hörmətlə yanaşılması, oyunlar və rəsmi tədbirlər zamanı dövlət bayrağına və himninə hörmət edilməsi daxildir.
Bundan əlavə, İran tərəfi gücləndirilmiş təhlükəsizlik tədbirləri tələb edir. Buraya komandanın hava limanlarında, otellərdə və DÇ-2026 oyunlarının keçiriləcəyi stadionlara gedərkən qorunması da daxildir.
Xatırladaq ki, İran G qrupunda yer alıb, rəqibləri Belçika, Yeni Zelandiya və Misirdir.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.