AZ

Xankəndi diplomatiya mərkəzinə çevrilir

ain.az, Bizim media saytına istinadən bildirir.

"Azərbaycan heç zaman işğalla barışmadı. Ölkəmiz beynəlxalq təşkilatlardan ərazi bütövlüyümüzün təmin olunmasında yardımçı olmalarını tələb edirdi".Bizim.Media xəbər verir ki, bu fikirləri oxu.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.O bildirib ki, zaman-zaman beynəlxalq təşkilatlar müəyyən addımlar atsalar da, nəticəsi olmayıb:"İşğal dövründə ATƏT-in Minsk qrupu yaradıldı. Lakin heç bir işə yaramadılar. Azərbaycan BMT-nin nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü təmin etdi. 44 günlük Vətən müharibəsindən sonra Minsk qrupunun nümayəndələri Azərbaycana gələrək yenidən vasitəçi rolunu oynamaq təklifini etsələr də, Prezident İlham Əliyev buna ehtiyacımızın olmadığını dedi.

 

Onlar fəaliyyətdə olduqları dövrlərdə belə ara-sıra bölgəyə səfər edir, bəzi hallarda isə Azərbaycan və Ermənistanın görüşünü təşkil edirdilər. Yeganə fəaliyyətləri bu idi. Ermənistana qarşı sanksiya tətbiq etmədilər. İşğal edən və işğal ediləni eyni tərəziyə qoyurdular.

Lakin ötən il hər iki ölkənin xarici işlər nazirinin ATƏT-ə birgə müraciəti nəticəsində təşkilatın fəaliyyətinə son verildi. Torpaqlarımızın işğaldan azad edilməsi regionda yeni geosiyasi reallıq yaratdı. Beynəlxalq təşkilatlar, birliklər, hətta Azərbaycanla təzyiq dili ilə danışanlar yeni reallıqları qəbul etmək məcburiyyətində qaldılar".A.Mirzəzadə vurğulayıb ki, ərazi bütövlüyümüz təmin olunduqdan sonra Azərbaycan və Ermənistan münasibətlərini vasitəçisiz inkişaf etdirirlər:"Artıq hər iki tərəfin nümayəndələri bir-birilərinin ölkələrinə səfərlər edirlər. Azərbaycan tərəfi bəyan edib ki, Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra paraflanmış sülh sazişi imzalanacaq.

 

İkitərəfli münasibətlər inkişaf edir, Azərbaycan Ermənistan üçün tranzit rolunu oynayır və neft məhsulları göndərir. Xaricdən müəyyən qüvvələr bu münasibətləri pozmağa çalışsalar da, alınmır. Azərbaycan yeni reallıqlar yaradıb. Bunun səbəbkarı isə Azərbaycan Prezidenti İlham Əliyevdir. O, xalqın dəstəyinə arxalandı, müharibədə qələbə qazandıq.

İndi isə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri aparılır. Rayonlar, şəhərlər yenidən qurulur. Şuşada beynəlxalq səviyyəli tədbirlər keçirilir. Xankəndi beynəlxalq diplomatiyanın paytaxtına çevrilir".Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
bizim.media

10Mənbələr