AZ

Ukraynada daha 8 azərbaycanlı həlak olub –

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həyatını itirən Azərbaycan əsilli hərbçilərin sayı artmaqda davam edir.

 

Modern.az xəbər verir ki, müxtəlif vaxtlarda Rusiya ordusunun tərkibində döyüşlərdə iştirak edən daha 8 Azərbaycan əsilli hərbçi və Azərbaycan vətəndaşının öldüyü məlum olub.

 

Həlak olan digər şəxslər isə bunlardır:

 

Çiriyev Sədrəddin Mehman oğlu - 21 sentyabr 1992-ci ildə anadan olub. Leninqrad vilayətinin Tixvin şəhərində yaşayıb.

 

Əsədov Eltun Adil oğlu - 10 avqust 1994-cü ildə anadan olub. Yamalo-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində yaşayıb, 69-cu qvardiya motoatıcı diviziyasında xidmət edib.

 

Məmmədov Fərid Farizxan oğlu – 20 yanvar 1991-ci ildə anadan olub. Voronej vilayətinin Pavlovsk şəhərində yaşayıb.

 

Nuriyev Eldar Nəhmət oğlu – 1 noyabr 1970-ci ildə anadan olub. İrkutsk şəhərində yaşayıb,  137-ci həmlə briqadasında xidmət edib.

 

Abdullayev İlyas Əmin oğlu – 8 noyabr 1984-cü ildə anadan olub. Moskvada yaşayıb.

 

Talıbov Rafael Səttar oğlu – 8 iyul 1977-ci ildə Stavropol diyarının Aleksandrovskoye kəndində anadan olub, 7-ci Əlahiddə Moto-atıcı Briqadasında xidmət edib.

 

Osmanov Bayram Abdulla oğlu – 12 mart 1994-cü ildə anadan olub. Stavropol diyarının Kurskaya kəndində yaşayıb.

 

Sadıqov Teymur Əzizulla oğlu – Azərbaycan Respublikası vətəndaşı. Rusiya Ordusu ilə 1 illik hərbi müqavilə bağlayıb.

 

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri yüzlərlə azərbaycanlı həyatını itirib. Onların arasında Azərbaycan vətəndaşlığı olan şəxslər də var.

 

Seçilən
0
5
senzor.az

7Mənbələr