AZ

Akif İslamzadənin durumu ilə bağlı açıqlama

Müğənni Akif İslamzadənin vəziyyətində müsbət dinamika müşahidə edilir.
ONN media xəbər verir ki, bu barədə Report-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib.
Onun sözlərinə görə, müğənninin ümumi vəziyyəti ağır stabil olaraq qalır:
"Xəstənin huşu aydındır. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Xəstə aktivləşdirilib, miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir".
Xatırladaq ki, A.İslamzadə mayın 8-də infarkt səbəbindən xəstəxanaya yerləşdirilib.

Seçilən
1
15
onn.az

10Mənbələr