AZ

Akif İslamzadənin son vəziyyəti açıqlandı

“Xalq artisti Akif İslamzadənin vəziyyəti ağır stabil olaraq qalır“.

Bu məlumatı oxu.az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib.

“Xəstənin vəziyyətində müsbət dinamika müşahidə edilir. Huşu aydındır. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir”, – deyə həkim bildirib.

Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.

AzPost.az

Seçilən
0
6
azpost.info

10Mənbələr