AZ

Valideynlərin nəzərinə: 4 və 6-cı siniflərlə bağlı məsələ dəyişir

2026-cı ilin iyun ayında keçiriləcək 4 və 6-cı siniflər üzrə səriştə əsaslı monitorinqin çərçivə sənədi təqdim olunub.

Publika.az xəbər verir ki, bu barədə "Yeni Sabah"a Elm və Təhsil Nazirliyi məlumat verilib.

Bildirilib ki, sənəd Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən Avstraliya Təhsil Tədqiqatları Şurası ilə əməkdaşlıq çərçivəsində beynəlxalq ekspertlərin dəstəyi ilə hazırlanıb.

Qeyd olunub ki, çərçivə sənədi qiymətləndirmənin nəyi və necə ölçdüyünü müəyyən edən əsas konseptual sənəd hesab olunur. Sənəd qiymətləndirmənin hazırlanması, tətbiqi və nəticələrin hesabatlaşdırılması zamanı vahid yanaşma, ardıcıllıq və şəffaflığın təmin edilməsinə xidmət edir.

Məlumata görə, bu il yenilik olaraq 4-cü siniflər üzrə tədris dili fənnindən 2 mətni əhatə edən ümumilikdə 27 tapşırıq hazırlanacaq. Onlardan 2-si açıq yazılı tapşırıq olacaq. Həmçinin şagirdlərin sözləri tanıma bacarıqlarını ölçmək məqsədilə 3 şəkil əsaslı tapşırıq təqdim ediləcək.

Seçilən
25
13
publika.az

10Mənbələr