AZ

Premyer Liqa üçün “Hall Siti” – “Sauthempton” finalı! – ARENA.AZ

Futbol üzrə İngiltərə çempionatına (Premyer Liqa) vəsiqə uğrunda keçiriləcək pley-offun finalına yüksələn komandalar məlum olub.

Arena.az xəbər verir ki, pley-offun yarımfinalında yarımfinalında “Hall Siti” “Milluol”la, “Midlsbro” isə “Sauthempton”la mübarizə aparıb.

“Hall Siti” doğma meydanda qolsuz heç-heçəyə razılaşdığı “Milluol”u səfərdə 2:0 hesabıyla məğlub edərək finala yüksəlib. “Midlsbro” ilə “Sauthempton” arasındakı ilk görüşdə də qapılara qol vurulmayıb. “Sauthempton”un meydanındakı cavab görüşündə də əsas vaxt 1:1 hesabıyla yekunlaşıb. Amma əlavə vaxtda daha bir qol vurmuş meydan sahibləri həlledici oyuna vəsiqə qazanıblar.

Beləliklə, Premyer Liqaya sonuncu vəsiqə uğrunda həlledici oyunda “Hall Siti” və “Sauthempton” üz-üzə gələcəklər. Tərəflər arasındakı final oyunu mayın 23-də “Uembli”də olacaq. Qalib yeni mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq.

Xatırladaq ki, “Hall Siti”nin sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır.

Premyer Liqaya daha öncə çempion “Koventri Siti” ilə ikinci yeri tutmuş “İpsviç Taun” komandaları vəsiqə qazanmışdılar.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
3
13
arena.az

10Mənbələr