AZ

U-21 millimiz Türkiyədə 2 yoxlama oyunu keçirəcək – ARENA.AZ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) mayın 28-dən 30-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, komandamız mayın 31-dən iyunun 10-na qədər də Türkiyənin İsparta şəhərində hazırlıq keçəcək. U-21 millimiz Türkiyədəki hazırlıq dönəmində 2 yoxlama oyunu keçirəcək.

Millimiz iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Sav” stadionunda baş tutacaq hər iki matçın start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
13
arena.az

10Mənbələr