AZ

Yaşayış evlərinin tikintisinə sərf olunan vəsait 18 faiz azalıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5 milyard 275 milyon manat məbləğində investisiya yönəldilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, investisya qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,6 faiz artıb.
Neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi real ifadədə 39,7 faiz artaraq 2 milyard 63,1 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə real ifadədə 12,4 faiz azalaraq 3 milyard 211,9 milyon manat olub.
Əsas kapitala yönəldilən investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 19,9 faiz artaraq 3 milyard 138,2 milyon manat, xidmət sahələri üzrə real ifadədə 13,8 faiz azalaraq 1 milyard 420,4 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilən investisiyaların həcmi isə real ifadədə 18,3 faiz azalaraq 716,4 milyon manat olub.

Elnur Əli
Seçilən
25
18
yeniavaz.com

10Mənbələr