AZ

Yaşayış evlərinin tikintisinə sərf olunan vəsait 18 faiz azalıb

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5 milyard 275 milyon manat məbləğində investisiya yönəldilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, investisya qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,6 faiz artıb.

Neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi real ifadədə 39,7 faiz artaraq 2 milyard 63,1 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə real ifadədə 12,4 faiz azalaraq 3 milyard 211,9 milyon manat olub.

Əsas kapitala yönəldilən investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 19,9 faiz artaraq 3 milyard 138,2 milyon manat, xidmət sahələri üzrə real ifadədə 13,8 faiz azalaraq 1 milyard 420,4 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilən investisiyaların həcmi isə real ifadədə 18,3 faiz azalaraq 716,4 milyon manat olub.Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
18
yeniavaz.com

10Mənbələr