AZ

Paşinyan seçki kampaniyasında: Qal desələr qalacağam

Ermənistanda keçirilən seçki kampaniyası çərçivəsində çıxış edən baş nazir Nikol Paşinyan hakimiyyətdə qalmasının xalqın qərarından asılı olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Paşinyan erməni xalqını çox yaxşı tanıdığını və əgər xalqı başa düşməsəydi, 8 il baş nazir ola bilməyəcəyini deyib.

Xalq qərar versə ki, qalım – qalacağam. Qərar versə ki, gedim – gedəcəyəm, – deyə Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, xalqı anlamadığı an artıq vəzifədə qalmasının mənası olmayacaq.

Musavat.com

Seçilən
18
50
musavat.com

10Mənbələr