AZ

“Bu seçkilərdə qalib xalq olacaq, səs saxtalaşdırılmayacaq” - Paşinyan

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bildirib ki, 7 iyunda Ermənistanda keçiriləcək parlament seçkilərində qalib gələcək xalq olacaq, çünki bu dəfə səsvermədə xalqın səsi saxtalaşdırılmayacaq.

Redaktor.az xəbər verir ki, Nikol Paşinyan seçki kampaniyasında iştirak etmək üçün məzuniyyətdə olduğu müddətdə Armavir vilayətinin Parakar kəndində vətəndaşlarla görüşündə çıxış edib.

O bildirib ki, nəticədən asılı olmayaraq, Ermənistanda keçiriləcək növbəti parlament seçkilərində xalq qalib gələcək, çünki vətəndaşların səsi oğurlanmayacaq və təhrif edilməyəcək. Baş nazir seçiciləri 7 iyun 2026-cı ildə seçki məntəqələrinə gedərək öz ali hakimiyyətlərini müdafiə etməyə çağırıb.

Nikol Paşinyan həmçinin qeyd edib ki, seçkilərdə əsas mesaj sülh mövzusudur: “Ermənistanda sülh bərqərar olub və bizim vəzifəmiz bu sülhü qorumaqdır”.

Qeyd edək ki, mayın 8-də Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri ilə bağlı seçki kampaniyası başlayıb və iyunun 5-dək davam edəcək. Seçkilərdə 19 siyasi qüvvə — 2 blok və 17 partiya iştirak edir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
31
50
redaktor.az

10Mənbələr