AZ

Paşinyan bu dəfə də avtobusda çiyələk yedi - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan seçki kampaniyası çərçivəsində vətəndaşlarla görüşə gedərkən növbəti dəfə paylaşımı ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, o, parlamentin spikeri Alen Simonyanla birlikdə avtobusda çiyələk yeyərkən görüntülənib.

Paşinyan həmin anları əks etdirən videonu şəxsi "Facebook" hesabında "Arataşenin çiyələyi" şərhi ilə paylaşıb.

Görüntülərdə baş nazir və spikerin səmimi şəkildə meyvə dadması və söhbət etməsi əks olunub.

Qeyd edək ki, Paşinyan son zamanlar seçki kampaniyası zamanı belə görüntülərlə gündəmə gəlir.

Musavat.com

Seçilən
1
2
musavat.com

10Mənbələr