AZ

İran millisi dünya çempionatından kənarda qala bilər

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac milli komandanın 2026-cı il dünya çempionatının final mərhələsində iştirakının təhlükə altında ola biləcəyini bildirib.

“RMC Sport”un yaydığı məlumata görə, buna səbəb ABŞ-yə giriş vizaları ilə bağlı yaranmış problemlərdir. İran nümayəndə heyətinin üzvlərinin hələ də viza ala bilmədiyi qeyd olunub.

Mehdi Tac mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib və yaxın günlərdə FIFA nümayəndələri ilə görüş keçirəcəyini açıqlayıb. O bildirib ki, danışıqlarda əsas məqsəd viza məsələsinin qısa müddətdə həllinə dair aydın təminat almaqdır.

Federasiya rəhbəri vurğulayıb ki, problem aradan qaldırılmasa, İran millisinin turnirdə iştirakı sual altında qala bilər. 

Seçilən
15
17
anews.az

10Mənbələr