AZ

Premyer Liqa: “Zirə” evdə, “Neftçi” səfərdə

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq.

Msport.az xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma keçiriləcək.

“Zirə” Zirə İdman Kompleksinin stadionunda “Sumqayıt”ı, “Sabah” isə “Bank Respublika Arena”da “Neftçi”ni qəbul edəcək.

Hər iki matç saat 18:00-da başlayacaq. “Sabah” – “Neftçi” görüşü başa çatdıqdan sonra son ölkə çempionu olan Masazır kollektivinin futbolçuları mükafatlandırılacaq, komandaya kubok təqdim olunacaq.

Turnir cədvəlinə 75 xalla “Sabah” başçılıq edir. 53 xalı olan “Neftçi” dördüncü, 50 xala malik “Zirə” isə beşincidir. Yeddinci pillədə qərarlaşan “Sumqayıt”ın isə 41 xalı var.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Araz-Naxçıvan” “Kəpəz”i (2:0), “Qəbələ” “Karvan-Yevlax”ı (2:1), “Qarabağ” “İmişli”ni (3:0), “Şamaxı” “Turan Tovuz”u (3:2) məğlub edib.

Seçilən
19
1
msport.az

10Mənbələr