AZ

Xəzər sahilində ölü tapıldılar

Manqistau Regional Ekologiya Departamentinin əməkdaşları Qazaxıstanın Xəzər dənizi sahilində Qırmızı Kitaba daxil edilmiş 35 ölü suiti aşkar ediblər. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə departamentin mətbuat xidməti məlumat verib.

Bəyanata görə, heyvanların cəsədləri mayın 19-da bölgənin Tupkaraqan rayonunda, Fort-Şevçenko şəhəri və Bautino kəndi yaxınlığında tapılıb. Mütəxəssislər ərazidə su nümunələri götürüblər.

Bu ilin əvvəlində Qazaxıstanın Xəzər sahilində ölü suiti tapılıb. Aprelin sonundan mayın ortalarına qədər təxminən 300 cəsəd aşkar edilib. Manqistau Regional Ekologiya Departamenti də mayın 19-da bildirib ki, əvvəllər ölü heyvanların tapıldığı yerlərdən götürülmüş su nümunələrində heç bir çirkləndirici maddə aşkar edilməyib.

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi əvvəllər mütəxəssislərinin ölü suitilərdən götürülmüş biomateriallar üzərində də sınaqlar apardığını, lakin heç bir xəstəlik aşkarlanmadığını bildirib. 

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, heyvanların ölümü zəlzələlərdən yaranan qaz tullantıları kimi təbii hadisələrlə əlaqəli ola bilər. Rusiya Xəzər sahillərində əvvəllər də suiti ölümləri qeydə alınıb.

Seçilən
0
4
cebheinfo.az

7Mənbələr