Manqistau Vilayətinin Ekologiya Departamentinin əməkdaşları Qazaxıstanın Xəzər dənizi sahillərində 35 ölü suiti aşkar ediblər.Missiya.Az xəbər verir ki, bu barədə Departamentin mətbuat xidməti məlumat yayıb.Məlumata görə, cəsədlər mayın 19-da bölgənin Tupkaragan rayonunda, Fort Şevçenko şəhəri və Bautino kəndi yaxınlığında tapılıb. Mütəxəssislər hadisə yerində su nümunələri götürüblər.Bu ilin əvvəlindən Qazaxıstanın Xəzər sahillərində təxminən 300 suitinin cəsədi aşkar edilib. Manqistau Regional Ekologiya Departamenti də əvvəllər ölü heyvanların tapıldığı yerlərdən götürülmüş su nümunələrində heç bir çirkləndirici maddənin olmadığını bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta