AZ

Xəzər sahilində 35 ölü suiti tapıldı

Manqistau Vilayətinin Ekologiya Departamentinin əməkdaşları Qazaxıstanın Xəzər dənizi sahillərində 35 ölü nəsli kəsilməkdə olan suiti aşkar ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Departamentin mətbuat xidməti məlumat verib.

Məlumata görə, heyvan cəsədləri mayın 19-da bölgənin Tupkaragan rayonunda, Fort Şevçenko şəhəri və Bautino kəndi yaxınlığında tapılıb. Mütəxəssislər hadisə yerində su nümunələri götürüblər.

Bu ilin əvvəlindən Qazaxıstanın Xəzər sahillərində təxminən 300 suitinin cəsədi aşkar edilib. Manqistau Regional Ekologiya Departamenti də əvvəllər ölü heyvanların tapıldığı yerlərdən götürülmüş su nümunələrində heç bir çirkləndirici maddənin olmadığını bildirib. 

Seçilən
0
5
unikal.az

7Mənbələr